Coordinat Group MMC

8 Noyabr – Zəfər Günü: Azərbaycan tarixinin şanlı səhifəsi


8 Noyabr Azərbaycan xalqının milli birliyinin, əzminin, qəhrəmanlığının və Vətən sevgisinin təntənəsidir. Bu əlamətdar gün xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixi Qələbənin rəmzi kimi qeyd edilir.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoydu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı.

8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm tarixi hadisələrindən biri oldu. Qarabağın tacı hesab edilən Şuşanın azad olunması Azərbaycanın hərb tarixinə misilsiz qəhrəmanlıq nümunəsi kimi yazıldı. Məhz bu tarixi hadisənin əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 Noyabr Zəfər Günü elan edildi. 

Zəfər Günü yalnız hərbi Qələbənin deyil, həm də milli həmrəyliyin, dövlətçilik iradəsinin və xalqımızın sarsılmaz Vətən sevgisinin təcəssümüdür. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin fədakarlığı bahasına qazanılıb. Bu gün azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Zəfərin davamı, gələcəyə yönəlmiş inkişafın göstəricisidir. Yenidən qurulan şəhərlər, kəndlər, yollar, infrastruktur və yaşayış məntəqələri Azərbaycanın quruculuq əzmini nümayiş etdirir. 

Coordinat Group MMC olaraq Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edirik. Qazilərimizə möhkəm cansağlığı, xalqımıza daim sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq.





DİGƏR XƏBƏRLƏR



8 Noyabr – Zəfər Günü: Azərbaycan tarixinin şanlı səhifəsi

8 Noyabr Azərbaycan xalqının milli birliyinin, əzminin, qəhrəmanlığını...

ƏTRAFLI

INTERGEO 2026 sərgisinə sayılı günlər qalıb.

Dünyanın aparıcı geodeziya və geoinformasiya texnologiyaları sərgilərind...

ƏTRAFLI

Tikinti Çempionatına qeydiyyat başladı!

Coordinat Group MMC və Credence Group tərəfindən təşkil olunan v...

ƏTRAFLI

Coordinat Group və Credence Group Azərbaycanda ilk Tikinti Çempionatını keçirəcək

Tikinti sektoru ölkə iqtisadiyyatının əsas hərəkətverici sahələrindən...

ƏTRAFLI

Michalis Kalogiannakis FIG-in 2027–2030-cu illər üzrə yeni prezidenti seçilib

Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən XXVIII Beynəlxalq Geodezi...

ƏTRAFLI

SANKON Azərbaycan Nümayəndəliyində Yeni Təyinat

Türkiyə Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyasının (S...

ƏTRAFLI

“Karyera Sərgisi”ndə Coordinat Group MMC

26 may 2026-cı il tarixində Tikinti və Quraşdırma İşləri üzrə Bakı DÃ...

ƏTRAFLI

Coordinat Group MMC FJDynamics-in Qlobal Diler Konfransında

Coordinat Group MMC-nin direktoru Vüqar Araz 23–25 yanvar 2026-cı il tar...

ƏTRAFLI

2025-ci ildə Geodeziyada Qlobal Yeniliklər: Texnologiya, Konfranslar və Peşəkar Trendlər

2025-ci il geodeziya, geomatika, GIS, fotoqrammetriya və məsafədən zondlama&...

ƏTRAFLI

EGU 2024 Tezislərin Təqdimatı

Gələn il EGU Baş Assambleyası (14-19 aprel 2024-cü il) üçün xülasə tə...

ƏTRAFLI

“GGOS Günləri 2024 və GGOS Fokus Sahələrinin Aktual Görüşü”

Tarix: Oktyabr 7 - 11, 2024  Məkan: Potsdam, Germany GGOS prioritet ...

ƏTRAFLI

Böyük Intergeo sərgisi Berlində

Böyük Intergeo sərgisi Berlində 10-12 Oktyabr 2023-cü il Berlində üç ...

ƏTRAFLI