Türkiyə Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyasının (SANKON) Azərbaycan nümayəndəliyində yeni kadr təyinatı həyata keçirilib. Şirkətimizin təsisçisi və rəhbəri Vüqar Arazov nümayəndəliyin müavini vəzifəsinə təyin olunub. Vüqar Arazov, hazırda Azərbaycan Geodeziya və Geomatika Mühəndislər İctimai Birliyinin İcraçı Direktoru, FIG – International Federation of Surveyors-ın Azərbaycan nümayəndəsi və Coordinat Group MMC şirkətinin təsisçisi kimi fəaliyyətini davam etdirir.
SANKON rəhbərliyi Vüqar Arazovun beynəlxalq təcrübəsinin, peşəkar fəaliyyətinin və geniş əlaqələrinin təşkilatın gələcək fəaliyyətinə mühüm töhfə verəcəyinə inanır. Xüsusilə geodeziya, infrastruktur, tikinti və sənaye sahələrində qazandığı təcrübənin yeni əməkdaşlıq imkanlarının yaradılmasına dəstək olacağı qeyd edilir. Qeyd edək ki, SANKON Türkiyə və Azərbaycan arasında biznes əlaqələrinin inkişafı, sahibkarların beynəlxalq platformalarda təmsil olunması və iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biridir.
Coordinat Group kollektivi olaraq şirkətimizin rəhbəri Vüqar Arazovu bu məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.