26 may 2026-cı il tarixində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində məzun və tələbələr üçün təşkil olunan “Karyera Sərgisi” uğurla baş tutub. Tədbirdə ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən 20-dən çox aparıcı şirkət iştirak edib və gənclərə 120-dən artıq vakansiya təqdim olunub.
Sərgidə iştirak edən şirkətlər arasında Coordinat Group MMC də yer alıb. Şirkət tədbir çərçivəsində tələbə və məzunlara geodeziya, tikinti və mühəndislik sahələrində mövcud iş imkanları, təcrübə proqramları və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verib.
Coordinat Group MMC-nin təsisçisi və direktoru Vüqar Araz gənclərlə birbaşa ünsiyyət quraraq onların peşə bacarıqları, karyera hədəfləri və əmək bazarının tələbləri ilə bağlı suallarını cavablandırıb. Bildirilib ki, bu cür tədbirlər gənclərin peşəkar inkişafı, praktik təcrübə qazanması və əmək bazarına daha sürətli inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir zamanı iştirakçılar müxtəlif şirkətlərin təqdim etdiyi vakansiyalarla tanış olmaqla yanaşı, gələcək karyeralarını planlaşdırmaq üçün də faydalı məlumatlar əldə ediblər. Coordinat Group MMC isə gənc və perspektivli mütəxəssislərin inkişafına dəstək göstərməyə davam edəcəyini vurğulayıb.
“Karyera Sərgisi” gənclərlə işəgötürənlər arasında əlaqələrin qurulmasına, yeni əməkdaşlıqların yaranmasına və peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişafına töhfə verən mühüm platformadır.