Türk dünyasının mühəndislik, texnologiya və ticari əməkdaşlıq potensialını yeni və daha strateji bir mərhələyə daşımaq məqsədilə keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi, 5-8 may 2026-cı il tarixlərində paytaxt Bakıda, "JW Marriott Absheron" otelində işinə başlayıb. Türk dünyasının müxtəlif ölkələrindən mühəndisləri və texnoloji sahə üzrə mütəxəssisləri bir araya gətirən sammit regionda mühəndislik sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir. Tədbirdə çıxış edən Türk Mühəndislər Dərnəyi sədri Yaşar YekebağcıTürk dövlətləri arasında texnoloji inteqrasiyanın yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. O bildirib ki, ortaq mühəndislik potensialının birləşdirilməsi gələcək iri infrastruktur və innovasiya layihələrinin əsasını təşkil edəcək.
Coordinat Group-un rəhbəri Vüqar Araz bu nüfuzlu tədbirdə iştirak edərək mühəndislik sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib. Görüş çərçivəsində Türk Mühəndislər Dərnəyinin başkanı Yaşar Yekebağcı, Qazaxıstan və Qırğızıstandan olan mühəndislər, həmçinin Azərbaycandan olan mütəxəssislər və elm adamları ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Bu cür görüşlər mühəndislik sahəsində təcrübə və bilik mübadiləsinin genişlənməsinə, eyni zamanda gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.
Tədbirdən Fotolar: