Coordinat Group MMC

Coordinat Group MMC FJDynamics-in Qlobal Diler Konfransında


Coordinat Group MMC-nin direktoru Vüqar Araz 23–25 yanvar 2026-cı il tarixlərində Çinin Nankin şəhərində keçirilən FJDynamics Global Dealer Conference 2026 tədbirində iştirak edib. Tədbir Together Toward Tomorrow (“Birlikdə Sabaha Doğru”) şüarı altında baş tutan bu konfransda 100-dən çox ölkədən təxminən 500 diler nümayəndəsi və sənaye tərəfdaşları bir araya gələrək yeni məhsulların təqdimatı, texniki müzakirələr və şəbəkələşmə imkanları ilə yadda qalıb. Konfrans çərçivəsində yeni məhsul təqdimatları, diler mükafatları, brendinq çıxışları, həmçinin açıq hava məhsul demo nümayişi və iştirakçılar üçün Nankin şəhər turu kimi fəaliyyətlər yer alıb.

Tədbirdə FJDynamicsin 2026-cı il üzrə innovasiya xəritəsi və dörd əsas istiqamət — dəqiq kənd təsərrüfatı, landşaft/robot həlləri, ölçmə və 3D modelləşdirmə (LiDAR, RTK), rəqəmsal tikinti və maşın idarəetməsi üzrə yeniliklər ön plana çıxarılıb.

Coordinat Group MMC üçün bu səfər beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni texnologiyaların yerində tanınması və gələcək layihələrdə tətbiq imkanlarının dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdən Fotolar:





DİGƏR XƏBƏRLƏR



Coordinat Group MMC FJDynamics-in Qlobal Diler Konfransında

Coordinat Group MMC-nin direktoru Vüqar Araz 23–25 yanvar 2026-cı il tar...

ƏTRAFLI

2025-ci ildə Geodeziyada Qlobal Yeniliklər: Texnologiya, Konfranslar və Peşəkar Trendlər

2025-ci il geodeziya, geomatika, GIS, fotoqrammetriya və məsafədən zondlama&...

ƏTRAFLI

EGU 2024 Tezislərin Təqdimatı

Gələn il EGU Baş Assambleyası (14-19 aprel 2024-cü il) üçün xülasə tə...

ƏTRAFLI

“GGOS Günləri 2024 və GGOS Fokus Sahələrinin Aktual Görüşü”

Tarix: Oktyabr 7 - 11, 2024  Məkan: Potsdam, Germany GGOS prioritet ...

ƏTRAFLI

Böyük Intergeo sərgisi Berlində

Böyük Intergeo sərgisi Berlində 10-12 Oktyabr 2023-cü il Berlində üç ...

ƏTRAFLI